2003-ci ildən bu yana hərbi xərclərin 15 dəfədən çox artırılması, ordunun ən müasir texnika ilə təchizatı ilə bağlı məsələlərin həlli son nəticədə Azərbaycan ordusunu dünyanın ən güclü ordular sırasında olmasını şərtləndirdi.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili" mövzusunda konfransda çıxışı zamanı deyib.

“Prezident İlham Əliyev hər zaman cəmiyyətin dövlətin maraqlarını əsas tutaraq hər kəsin rəğbətini qazanaraq həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanıb”,- deyə S.Nuriyev əlavə edib.