Oktyabrın 15-də Heydər Əliyevin seçdiyi daxili siyasi və diplomatik uğurlarının genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində kurs tutan Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsinin düz 20 ili tamam olur.
"Unikal" xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta”da məqalə dərc edilib.
Məqalədə Azərbaycanın hazırkı rəhbərinin hakimiyyətinin Azərbaycanın iqtisadi göstəricilərinin tarazlığında və artımında öz əksini tapmış daxili siyasi sabitliyin simvolu olmaqla yanaşı, həm də bir ölkənin beynəlxalq nüfuzunu gücləndirməsi nümunəsinə çevrilib.
Həmçinin qeyd olunur ki, dövlət başçısı hakimiyyətdə olduğu illər ərzində səmərəli və balanslaşdırılmış idarəetmə üçün sarsılmaz zəmin yarada bilib və bu gün Azərbaycanın siyasi sistemi faktiki olaraq heç bir daxili çağırışla üzləşmir və geniş spektrli risklərə müqavimət göstərir. Bunun adətən ekspertlər arasında müzakirə olunan yerli müxalifətin zəifliyinin, qütbləşməsinin və disfunksionallığının deyil, İlham Əliyevin idarəçilik keyfiyyətlərinin nəticəsi olduğu vurğulanır.
Vladimir Putin İlham Əliyevə təbriklərinin birində bildirib ki, Azərbaycan Prezidenti ən çətin vəziyyətlərdə belə ölçülmüş, uzaqgörən qərarlar qəbul etməyə qadir olan həmvətənləri arasında və beynəlxalq aləmdə müdrik və təcrübəli dövlət xadimi kimi layiqli nüfuza malikdir.