Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Xankəndi ilə bağlı paylaşım edib.
"Unikal" xəbər verir ki, 2023-cü ilin sentyabr ayına qədər "Xankəndi, Xocalı bizdə deyilsə, heç bir qələbədən söhbət gedə bilməz" bəhanəsi ilə çıxış edən Əli Kərimli paylaşımında bu sözləri yazıb:
"Milli bayrağımızın Xankəndində ucaldılması münasibətilə xalqımızı təbrik edirəm. Qəhrəman şəhidlərimizi rəhmətlə anırıq. İgid qazilərimizə, fədakar şəhid ailələrinə, Azərbaycan ordusuna minnətdarlığımızı bildiririk.
Rusiya silahlı qüvvələrinin ölkəmizdən ən qısa müddətdə çıxarılmasına da nail olmalıyıq".
Əli Kərimli bu sözləri ilə Azərbaycanın böyük zəfərini kölgə altına salıb, əvəzində isə Rusiya sülhməramlıları ilə bağlı olan mövzunu qabardıb.
Qeyd edək ki, "Facebook" istifadəçiləri onun bu xəsis paylaşımına etiraz ediblər.