ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfəri zamanı vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüş üçün bütün gecəni gözləməli olub.
"Unikal" xəbər verir ki, bu barədə Washington Post yazıb.
Fələstin-İsrail münaqişəsinin gərginləşməsi ilə əlaqədar Yaxın Şərqə səfər edən Blinken bazar günü səhər krallığın rəhbəri bin Salmanla görüşüb.
Qəzet yazır: “Ər-Riyadda Səudiyyə Ərəbistanının hökmdarı Blinkeni axşam (şənbə günü) baş tutmalı olan görüş üçün bir neçə saat gözlətdirdi, lakin şahzadə səhərə qədər görünmədi”, - qəzet yazır.