ABŞ prezidenti Co Bayden bəyan edib ki, “Həmas” İslam müqavimət hərəkatının vəhşilikləri Holokostla müqayisə oluna bilər.
"Unikal"
xəbər verir ki, bu barədə Newsweek məlumat yayıb.

“İsrail Holokostun nəticələri ilə müqayisə oluna biləcək vəhşilik etmiş insanları təqib edir”, - Amerika lideri bildirib.
O, HƏMAS-ı “mülki əhalinin arxasında gizlənən qorxaqlar qrupu” adlandırıb.