Brüsseldə naməlum şəxs yoldan keçənlərə atəş açıb.

"Unikal" xəbər verir ki, atışma nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hücum bazar ertəsi, oktyabrın 16-da axşam baş verib. Qeyd olunur ki, ölənlər futbol üzrə İsveç milli komandasının formasını geyiniblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Belçika və İsveç yığmaları arasında qarşılaşma bu gün baş tutacaq.