Güney Azərbaycanda Biləsuvar gömrüyünün işçiləri həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb. 

Güney Azərbaycanın Biləsuvar şəhərinin prokuroru Rəhim Cəngcunun məlumatına görə, həbs edilən 8 gömrük işçisi və 6 vasitəçi rüşvət almaqda və korrupsiyada günahlandırılıblar.

Daha 9 gömrük əməkdaşı barəsində isə həbs edilən məmurlarla əlbir olduğu üçün araşdırma başladıldığı bildirilib.