Belçika və İsveç milli komandaları arasında 2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə oyunu ləğv edilib.

"Unikal" xəbər verir ki, buna Brüssel şəhərinin mərkəzində atışma nəticəsində iki nəfərin ölməsi səbəb olub.

Heysel stadionunda yaxınlığında İsveçin iki vətəndaşı qətlə yetirilib.

Qeyd edək ki, görüşün ilk hissəsi 1:1 hesabı ilə başa çatıb. Hər iki yığmanın oyunçuları hadisə səbəbindən meydana çıxmamağa qərar veriblər.