Rusiyanın Krasnoyarsk diyarında kişi arvadını sərxoşluqdan qurtarmaq üçün onu yandırıb.

"Unikal" xəbər verir ki,  bu barədə "Mash Telegram" kanalı məlumat yayıb.  

Bildirilir ki, hadisə Nijneinqaşski rayonunda baş verib. Kişi arvadını spirtli içki qəbul etdiyinə görə tənqid etməyə başlayıb. Daha sonra ər qadının üzərinə tez alışan maye olan kanistri töküb və kibritlə yandırıb.  

Nəticədə qadının bədəni 70%-i yanıb. Kişi tezliklə  hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Yanğın törədən şəxsə qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Hadisənin digər təfərrüatları və halları barədə hələlik məlumat verilmir.