"Hərbi xidmətə çağırılanların tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olacaq. Yeri gəlmişkən, bu nazirliyin adında əhali sözü artıqdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Kərimli deyib. 

"Ciddi şəxslərdən eşitmişəm ki, hərbçilərin pensiya yaşını və əmək stajını artırmaq istəyirlər. Buna yol vemrək olmaz. Hərbçilərimiz şəhid olub, qan verib. Bu yaxınlarda küləkli, yağışlı havada postda dayanan hərbçini gördüm. O necə titrəyirdi, amma sayıqlığını qoruyurdu. İstədim gedib onu qucaqlayım, öz paltarımı verim, özümü güclə saxladım. Hərbçilərimizin haqqı var ki, vaxtında pensiyaya çıxsınlar", - deyə deputat bildirib.

Anar Kəlbiyev