İsrailin planlaşdırdığı quru hücumundan sonra Qəzza zolağının statusu İsrail siyasətçiləri və digər ölkələr arasında müzakirə üçün "qlobal məsələ" olacaq.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib.

Hagari bildirib ki, hərbçilər İsrail Nazirlər Kabinetinə “əməliyyat planı təqdim ediblər”.

"Qəzza digər ölkələrlə həmsərhəddir... ona görə də biz yekun statusdan danışanda onlar siyasi və hərbi sifarişləri birləşdirəcəklər", - Hagari deyib.