"Biz Avropa İttifaqı ilə münasibətlərimizi dərinləşdirmək istəyirik". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan Avropa Parlamentinin rəhbəri ilə birgə mətbuat konfransı zamanı deyib. 

O, qeyd edib ki, bunu heç bir şəkildə regional əlaqələrin dərinləşməsi və inkişafı vizyonu ilə müqayisə etmək istəmir: "Ermənistan Respublikası hökuməti Ermənistan-Aİ hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişinin tam şəkildə həyata keçirilməsinə sadiqdir. Aİ-Ermənistan münasibətlərinə təhlükəsizlik komponenti də əlavə edilib, Ermənistanın Azərbaycanla dövlət sərhədində monitorinq aparılır". 

Ağarza Elçinoğlu