Biz Ermənistan və Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasına yönəlmiş bütün səylərə sadiq qalırıq. 

"Unikal" xəbər verir ki, bunu Aİ Parlamentinin sədri Roberta Metzola Strasburqda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib. 

Siyasətçi qeyd edib ki, Avropa mövcud vəziyyətdən çıxmaqda Ermənistana dəstəyini davam etdirəcək: "Biz sülh sazişinin bağlanması məqsədilə Ermənistan və Azərbaycan arasında bütün mövcud məsələlər üzrə danışıqların bərpasına çağırırıq. Biz bu danışıqları dəstəkləməyə tam sadiqik. Biz regionun bütün xalqları naminə davamlı sülhü təmin etmək üçün Avropa İttifaqının xüsusi nümayəndəsinin dəstəyi ilə Avropa Şurası sədrinin himayəsi altında bütün tərəflər arasında dialoqu dəstəkləməyə tam sadiqik".

Ağarza Elçinoğlu