Rusiya sülhməramlı qoşunlarının fəaliyyətsizliyi ucbatından bir həftə ərzində 100 mindən çox erməni Qarabağı tərk edib. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan AŞPA-da çıxışı zamanı deyib. 

"Ermənistan hökuməti Qarabağla bağlı dəfələrlə xəbərdarlıq edib, Laçın dəhlizinə və Qarabağa faktaraşdırıcı qrup göndərmək üçün BMT, Aİ, ATƏT-ə çoxlu çağırışlar göndərib, lakin heç bir təşkilat belə bir qərar vermədi", - deyə Paşinyan qeyd edib. 

Ağarza Elçinoğlu