İranın Şərqi Azərbaycan əyalətinin Bünab şəhərində məktəbli qız intihar edib. 

"Unikal" xəbər verir ki, bu barədə Güney Azərbaycan İnsan Hüquqları Cəmiyyəti açıqlayıb. 

Bildirilib ki, yeniyetmə oktyabrın 16-da 7 yaşlı qardaşının gözü qarşısında özünü baş örtüyü ilə asıb. 

Məlumata görə, 11-ci sinifdə oxuyan qız atasının onun təhsilini davam etdirməsinə qarşı çıxdığına və ailədaxili zorakılığa görə canına qəsd edib.

Ağarza Elçinoğlu