Beynəlxalq ictimaiyyətin iki dövlət prinsipi əsasında 1967-ci il sərhədləri daxilində paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması istiqamətində ciddi addımlar atmasının vaxtı çatıb.

"Unikal" “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Beyrutda livanlı həmkarı Abdullah Buhabib ilə birgə mətbuat konfransında bildirib.

“Uzun illərdir ki, hegemon güclər bizə Fələstin probleminin əsl mahiyyətini unutdurmaq üçün medianın təsirindən istifadə ediblər, buna son qoymağın vaxtı çatıb”, - Türkiyə diplomatiyasının rəhbəri deyib.

Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsi daha böyük müharibəyə çevrilə bilər, lakin bu, həm də sülh üçün tarixi fürsət yarada bilər. "Prezidentimiz əmindir ki, belə bir tarixi sülh mümkündür", - o qeyd edib.

Fidan vurğulayıb ki, Ankara İsrail-Fələstin münaqişəsi səbəbindən region ölkələrində, ilk növbədə Livan, Misir və İordaniyada sabitliyin pozulmasının qarşısını almaq üçün əlindən gələni edir.