Oktyabrın 7-də HƏMAS-ın İsraildə həyata keçirdiyi hücumdan sonra həyatını itirən Türkiyə vətəndaşlarının sayının 3-ə yüksəldiyi açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.  

İsraildəki rəsmi məlumatlara görə, HƏMAS-ın hücumu nəticəsində İsraildə 40 ölkədən 196 nəfər həyatını itirib, 91 nəfər isə itkin düşüb.