Tailandın baş naziri Settha Thavisin Pekində Rusiya prezidenti Vladimir Putinlə görüşə çəhrayı corab geyinərək gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin müxbiri Dmitri Smirnov "Telegram" kanalında bildirib. 

Rəsminin bu geyimi müzakirələrə səbəb olub. Məlum olub ki, Tailandda çəhrayı rəng çərşənbə axşamının rəngidir:

"Bu sadədir! Tailandın baş nazirinin corabların rəngini seçməsi ölkənin mədəni ənənələri ilə bağlıdır. Onlar həftənin günlərinə uyğun ayrı-ayrı  corab geyinirlər”, -  Rusiya KİV-lərinin birində qeyd olunub.  

Xatırladaq ki, Rusiya prezidenti oktyabrın 17-də Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə Çinə səfər edib. Putin Pekində "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak edəcək. 

 Ağarza Elçinoğlu