Monqolustan prezidenti Uxnaqiyn Xurelsux Pekində keçirdiyi görüşdə  Rusiya prezidenti Vladimir Putini 2024-cü ildə Xalxin-Qol döyüşünün ildönümünün qeyd olunması zamanı ölkəyə səfərə dəvət edib.

"Unikal" xəbər verir ki, Xurelsuxun bildirdiyinə görə, gələn il Rusiya və Monqolustanın Xalxin Qolda birgə qələbəsinin 85 illiyi olacaq.

Oktyabrın 17-də səhər saatlarında Putin iki günlük “Bir kəmər, bir yol” forumunda iştirak etmək üçün Pekinə gedib və artıq Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb .

Rusiya lideri Vyetnam prezidenti Vo Van Tuonqla da danışıqlar aparmağa nail olub .