BMT Təhlükəsizlik Şurası ABŞ-ın vetosuna görə Braziliyanın Yaxın Şərqlə bağlı qətnamə layihəsini qəbul etməyib.

"Unikal" xəbər verir ki, sənədi BMT Təhlükəsizlik Şurasının 12 üzvü dəstəkləyib, Böyük Britaniya və Rusiya bitərəf qalıb, yalnız ABŞ əleyhinə səs verib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ABŞ-ın veto qoymasını Vaşinqtonun siyasətində ikiüzlülük və ikili standartların sübutu adlandırıb . Onun fikrincə, Amerika hakimiyyəti əvvəldən Braziliyanın qətnaməsinin qəbul olunmayacağına hesablanıb.

Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş demişdi ki, İDF və HƏMAS humanitar səbəblərdən dərhal atəşi dayandırmalıdır . Onun sözlərinə görə, hər iki tərəfin zorakılıq hərəkətləri heç nə ilə əsaslandırıla bilməz.