Böyük Britaniya Xarici İşlər Nazirliyi İsrail-Fələstin münaqişəsinin yaratdığı risklər səbəbindən öz vətəndaşlarına Livana hər hansı səyahətdən çəkinməyi tövsiyə edib. 

"Unikal" xəbər verir ki, nazirliyin yaydığı çağırışda deyilir:

"Livanın cənubunda, İsraillə sərhəddə atışmalar və hava hücumları davam edir. Gərginlik yüksəkdir və vəziyyət pisləşə bilər ki, bu da Livandan çıxışa səbəb ola bilər. Bunun üçün Livandakı Britaniya vətəndaşları Britaniya Xarici İşlər Nazirliyində qeydiyyatdan keçməlidirlər".