İran Araz çayının çirklənməsi ilə bağlı Ermənistana və mədən şirkətinə xəbərdarlıq edib.

"Unikal" xəbər verir ki, bu barədə "Pars Today" yazıb. 

İranın Su Ehtiyatlarının İdarə Edilməsi Şirkətinin rəsmisi İsa Bozorgzadə deyib: "Araz çayının suyunun keyfiyyəti və çirklənməsi İranın Energetika Nazirliyinin qırmızı xəttidir. Keyfiyyəti yoxlamaq üçün birgə işçi qruplarımız var və çirklənmə ilə bağlı bildirişlər Ermənistan tərəfinə və mədən şirkətinə göndərilib. Biz suyun keyfiyyətinin vətəndaşlarımızın sağlamlığına təhlükə törətməməsini izləyirik".

Ağarza Elçinoğlu