İsrailin baş naziri Binyamin Netanyahu ölkədə səfərdə olan britaniyalı həmkarı Rişi Sunakla görüşündə HƏMAS-ın 7 oktyabrda yəhudi dövlətinə hücumunun hədəflərindən biri olduğunu deyib.

"Unikal" xəbər verir ki, Bu barədə TASS məlumat yayıb. 

Netanyahunun sözlərinə görə, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunun məqsədlərindən biri də Yaxın Şərq regionunda münasibətlərin normallaşması prosesini pozmaq olub. Həmçinin, Netanyahu Britaniyanın baş naziri Rişi Sunak ilə görüşü zamanı yəhudi dövlətinin Həmas ilə müharibədə Britaniyanın dəstəyinə ehtiyacı olduğunu bildirib. 

Oktyabrın 7-də Həmas İsrailə bir neçə min raket atdı və Əl-Əqsa Daşqını əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edib. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.

Gülayə Mecid