Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar. Onlar, həmçinin, Yaxın Şərqdəki vəziyyəti, o cümlədən, İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.