Azadlıq heykəli ABŞ demokratiyanın simvolu sayılmaq hüququnu itirib, ona görə də o, Rusiyaya köçürülməlidir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet bildirib. 

"ABŞ uzun müddət başqa dövlətlərin iqtisadiyyatından parazit kimi istifadə edərək, demokratiya qalasından despotizm və zorakılıq qalasına çevrilərək bütün dünyada müharibələrə səbəb olub. Odur ki, Azadlıq heykəli sökülərək bu gün başqa ölkələrin və xalqların azad seçim və inkişaf hüququnu qoruyan Rusiyaya köçürülməlidir”, - deyə Şeremet qeyd edib. 

O, əlavə edib ki, Baydenin siyasəti ucbatından ABŞ Azadlıq heykəlinə malik olmaq mənəvi hüququnu itirib, Amerika hegemonluğuna meydan oxuyan Rusiya azadlıq və ədalət simvoluna çevrilib.

Ağarza Elçinoğlu