Big Baby Tape olaraq tanınan rus reper Eqor Oleqoviç Rakitin "Warner Music"dən 185 milyon rubl (təxminən 3 milyondan çox manat) tələb edir.
"Unikal" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Rakitin 2022-ci ilə qədər qüvvədə olan müqavilə üzrə ödənişi almadığı üçün Moskva Arbitraj Məhkəməsində iddia qaldırıb.
Xatırladaq ki, 2022-ci ilin martında sözügedən şirkət Rusiyadakı fəaliyyətini dayandırıb. Lakin şirkət işçilər, sənətçilər və mahnı müəllifləri qarşısındakı öhdəliklərini yerinə yetirəcəyini deyib.
Qeyd edək ki, oktyabrın 23-də Rakitin internetdəki paylaşımları ilə narkotiki təbliğ etdiyi bildirilib və yoxlanılacağı barədə məlumat yayılıb. Məsələ ilə bağlı araşdırma başladılıb.