Rusiyanın Saratov vilayətindəki zooparkda güclü yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
Yanğın nəticəsində 40-a yaxın heyvanın tələf olduğu bildirilib. Hazırda hadisə yerində müstəntiqlər və yanğınsöndürmə laboratoriyasının mütəxəssisləri işləyir.
Yanğının başvermə səbəbləri araşdırılır.
Ağarza Elçinoğlu