Fələstin lideri Mahmud Abbas yaxın vaxtlarda Moskvaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib. 

"Deyə bilərəm ki, o, tezliklə Moskvaya rəsmi səfər edəcək, Vladimir Vladimiroviç (Putin) ilə danışıqlar aparacaq", - nazir müavini deyib.

Oktyabrın 7-də HƏMAS yaraqlılarının Qəzza zolağından İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. HƏMAS hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək Livan və Suriyanın zolağına və müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb. Hazırda İordan çayının qərb sahilində də toqquşmalar baş verir. 

Gülayə Mecid