Rusiya Federasiyası Ermənistanla təmaslarında Paşinyanın təhlükəsizlik sektorunda diversifikasiya ilə bağlı sözlərinə aydınlıq gətirəcəyinə ümid edir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Xatırladaq ki, Paşinyan dünən bildirib ki, Qarabağda baş verən son hadisələr Ermənistanı təhlükəsizlik sahəsində münasibətlərin şaxələndirilməsi zərurəti barədə qərar qəbul etməyə vadar edib. 

Ağarza Elçinoğlu