Vaşinqton Avropa İttifaqı və NATO üzvlərini Rusiyaya qarşı təhrik edir.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə “Avrasiya təhlükəsizliyi: dəyişən dünyada reallıq və perspektivlər” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, ABŞ Aİ ölkələrindən Rusiya ilə ticarət, iqtisadi, investisiya və mədəni əlaqələri kəsməyi tələb edir, Vaşinqton isə “Şimal axını”nın bombalanması kimi terror aktları təşkil edir.

Lavrov qeyd edib ki, ABŞ-nin hərəkətləri onilliklər ərzində yaradılmış qlobal infrastrukturu məhv edir. Xarici işlər naziri, həmçinin ABŞ və onun müttəfiqlərinin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı nüvə silahının tətbiqinin sınaq ssenariləri ilə keçirdiyi təlimləri misilsiz adlandırıb. 

Gülayə Mecid