İspan aristokratiyasının aparıcı ailələrindən biri olan Hueskar hersoqu Fernando Juan Fitz-James Stuart y de Solisin yeni doğulmuş qızının adı müzakirələrə səbəb olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı hersoq və onun 31 yaşlı həyat yoldaşı Sofiya Palazuelo ikinci körpələrinə Sofia Fernanda Dolores Cayetana Teresa Anqela de la Kruz Micaela del Santísimo Sakramento del Perpetuo Socorro de la Santísima Trinidad de Santodos adını veriblər.

Körpənin adı böhrana səbəb olub və vətəndaşlıq qeydiyyatı idarəsinin belə uzun adı qeydə ala bilməyəcəyini bildirib.  Səlahiyyətlilər bu qədər uzun adın qanuni həddi aşdığını bildirib. 

Müzakirə sosial şəbəkələrdə də trend mövzusuna çevrilib. Bir çox insanlar körpə üçün belə bir ad seçməyi "axmaqlıq" adlandırıblar. 

Gülayə Mecid