"Boşanmaların sayı sürətlə artır. Biz boş yerə 3 uşaq demirik. Çünki cəmiyyətin buna xüsusi ehtiyacı var. Bizə 85 milyonluq əhali kifayət deyil, biz daha çox əhaliyə malik olmalıyıq".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib. 

Ərdoğan Beştepe Millət Konqres və Mədəniyyət Mərkəzində keçirilən 8-ci Ailə Şurasında çıxış edərkən deyib: "Bizdə LGBT kimi bir anlayış yoxdur. LGBT Millət İttifaqının aləti olsun və bundan istifadə etsinlər. Bizim üçün ailə müqəddəs bir quruluşdur. Biz bu quruluşu ləkələyə bilmərik". 

Ağarza Elçinoğlu