İran silahlı qüvvələri "İqtidar 1402" irimiqyaslı hərbi təlimlər keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
“Yaxın günlərdə quru qoşunlarının müxtəlif bölmələrinin iştirakı ilə quru təlimləri keçiriləcək", - məlumatda deyilir.
Təlimlərə zirehli tanklar, artilleriya, raket, desant və digər bölmələr cəlb olunacaq.
Təlimlər İranın mərkəzində yerləşən Spahan şəhəri yaxınlığındakı Nəsrabad bölgəsində keçiriləcək.
Ağarza Elçinoğlu