Hindistan Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Hindistanın "Economic Times" nəşri mənbələrə istinadən məlumat yayıb.

 Nəşr qeyd edir ki, bir müddət əvvəl Ermənistanın yüksək rütbəli rəsmisi Nyu-Dehlidə olub və bununla bağlı danışıqlar aparıb.

Yeni tədarüklərin təfərrüatları məlum deyil.

Qeyd edək ki, bundan əvvəl Hindistan Ermənistan raket və artilleriya sistemləri sifariş verib.