Cənubi Koreya və ABŞ gələn həftə Şimali Koreyadan gələn təhlükə fonunda birgə əməliyyat imkanlarını artırmaq üçün “gizli” döyüş təyyarələrinin iştirakı ilə genişmiqyaslı birgə hava təlimləri keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə  “Yonhap” məlumat yayıb.

Cənubi Koreya Hərbi Hava Qüvvələrinin verdiyi məlumata görə,  "Oyanıq Müdafiə 24" adlı beş günlük hərbi təlim başlayacaq.

Ümumilikdə 130-a yaxın Cənubi Koreya və ABŞ təyyarəsi, o cümlədən Cənubi Koreyanın F-35A qırıcıları, həmçinin ABŞ-ın F-35A və F-35B döyüş təyyarələri və digər döyüş təyyarələri iştirak edəcək.