"Azərbaycan tərəfinin məlumatına görə, Ermənistan qoşunları Azərbaycan ərazilərindədir".
"Unikal" erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.
“Əgər müstəqillik əldə etdiyimiz dövrdə mövcud olan xəritələrə görə, Azərbaycanın ərazisi olan yerlərin olduğu ortaya çıxarsa, biz onu tərk etməli olacağıq. Bu tamamilə doğrudur. Siz bu ərazi ilə müstəqil oldunuz və başqasının ərazisi ilə bağlı iddialarınız ola bilməz”, - deyə Simonyan bildirib.
Nuranə Abbasova