Suriyanın şərqindəki Deyr əz-Zor əyalətindəki Ömər neft yatağında ABŞ bazasında partlayış səsləri eşidilib.
"Unikal" xəbər verir ki, Əl-Mayadeen telekanalının məlumatına görə, bazaya pilotsuz təyyarələr və raketlərlə hücum edilib.
Bundan əvvəl Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ ordusunun Suriyada İrana məxsus olduğu iddia edilən obyektlərə endirdiyi zərbələri özünümüdafiə adlandırmışdı .
Bundan əvvəl “Reuters” mənbəsinin məlumatına görə, ABŞ-ın F-16 qırıcılarının Suriyadakı iki hədəfə endirdiyi zərbələri İsraillə əlaqələndirmədiyi məlum olub.