İtaliyada helikopter qəzaya uğrayıb. Hadisə Toskana və Liquriya regionlarının sərhədində qeydə alınıb.

"Unikal" xəbər verir ki, göyərtəsində yalnız pilotun olduğu özəl şirkətə məxsus helikopter dağlıq ərazidə yerə çırpılıb və yanıb.

Qəza nəticəsində 28 yaşlı qadın pilot həlak olub. Hadisə yerinə yanğınsöndürənlər və xilasetmə qrupları cəlb olunub.