Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən Suriyada keçirilən əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının sözdə Derik briqada komandiri, kod adı “Şibli Derik” olan Məhəmməd Azo zərərsizləşdirib.
"Unikal" xəbər verir ki, Məhəmməd Azo ötən il MİT-in keçirdiyi əməliyyatdan yaralanaraq sağ qurtarmışdı. PKK/YPG tərəfindən müalicə üçün xaricə göndərilən Azonun Suriyanın şimalındakı Derikə qayıtdığı məlum olduqdan sonra MİT yeni antiterror əməliyyatı başlayıb və onu zərərsizləşdirməyə nail olub .
Qeyd edək ki, ötən il fevralın 2-də Şırnak/Cizre-Silopi yolunda Türkiyənin 1-ci Sərhəd Taboru Komandanlığının Yakacık Polis Bölməsinə terror hücumu nəticəsində bir türk əsgəri həlak olmuş, üçü yaralanmışdı. Məhəmməd Azonun bu hücumun təşkilatçılarından olduğu müəyyənləşib.