"İsrailin Qəzzanı bombalaması beynəlxalq hüquqa ziddir"
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun dövlət xəbər agentliyinə müsahibəsində bildirib.
“Biz terrorizmi pisləsək də, beynəlxalq humanitar hüququ pozmaqla, o cümlədən mülki şəxsləri və girovları saxladığı bilinən obyektlərə qarşı güc tətbiq etməklə terrora cavab verə biləcəyinizlə qəti şəkildə razılaşmırıq”, - Lavrov bildirib.
İsraildə və xaricdə bəzi siyasətçilərin təklif etdiyi kimi Qəzza məhv edilərsə və 2 milyon insan qovulsa, bu, uzun onilliklər və bəlkə də əsrlər boyu davam edəcək fəlakətə gətirib çıxaracaq. Atəşi dayandırmaq və blokadada olan əhalini xilas etmək üçün humanitar proqramlar elan etmək lazımdır”, - Lavrov bildirib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Rusiya İsraillə sıx əlaqə saxlayır.