Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bəyan edib ki, milli təhlükəsizlik baxımından Rusiya vətəndaşlarının ölkədə aldığı daşınmaz əmlakı məcburi şəkildə geri qaytarmaq lazımdır.
"Unikal" xəbər verir ki, o, bu barədə distant məhkəmə iclasında bildirib.
Saakaşvilinin fikrincə, gec-tez Gürcüstanda hakimiyyət dəyişəcək və o zaman rusların kütləvi şəkildə daşınmaz əmlak almasının nəticələri ilə məşğul olmaq lazım gələcək.
“Rusların əksəriyyətinin mentalitetini düzəltmək mümkün deyil. O adamlar Gürcüstan üçün böyük təhlükə mənbəyidir. Hökumət dəyişən kimi ruslara mənzilləri satmaq üçün bir il vaxt verilməlidir”.
O vurğulayıb ki, dövlət xaricdə yaşayan Gürcüstan vətəndaşlarının mənzil və torpaq almasını asanlaşdırmaq üçün proqram yaratmalıdır.
“Gürcülərin geri qayıtması üçün plan yaratmalıyıq. Rusların Gürcüstanda uzunmüddətli gələcəyi yoxdur”, - həbsdə olan sabiq prezident deyib.