İsrail Dağıstandakı hadisələri izləyir və Mahaçqala hava limanında iğtişaşlar barədə xəbərlər fonunda Rusiya hökumətinin yəhudilərin və israillilərin təhlükəsizliyini təmin edəcəyini gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə İsrailin Baş nazirliyinin ofisinin və İsrail Xarici İşlər Nazirliyinin birgə bəyanatında deyilir.

“Baş nazirlik, Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurası Rusiyanın cənubunda Dağıstanda baş verən hadisələri izləyir. İsrail Rusiya hüquq-mühafizə orqanlarından harada olurlarsa olsunlar, bütün İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini qorumasını, yəhudilərə və israillilərə qarşı yönəlmiş qırğınçılara və vəhşi təhriklərə qarşı qətiyyətlə hərəkət etmələrini gözləyir”, - deyə bəyanatda bildirilir.