Oktyabrın 29-da Mahaçqala Amet-Xan Sultan Beynəlxalq Hava Limanının ərazisində törədilən iğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb. 

"İğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılaraq əlavə araşdırma aparılması üçün ərazi polis şöbələrinə aparılıb", - deyə məlumatda qeyd olnuub. 

Hazırda iğtişaşların yatırıldığı bildirilir. Hava limanı tamamilə hüquq-mühafizə orqanlarının nəzarəti altındadır.

Regional Səhiyyə Nazirliyi iğtişaşlar nəticəsində 20-yə yaxın insanın yaralandığını, ikisinin vəziyyətinin olduqca ağır olduğunu bildirib. Daxili İşlər Nazirliyi yaralılar arasında 9 polis əməkdaşının da olduğunu açıqlayıb.

Ağarza Elçinoğlu