Qətərdə İsrailə casusluqda ittiham olunan 8 Hindistan dəniz qüvvələrinin keçmiş zabiti edam edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin səkkiz keçmiş əməkdaşı 2022-ci ilin avqustunda Qətərdə sualtı qayıq layihəsi ilə bağlı İsrail üçün casusluq ittihamı ilə həbs edilib. Həbs edilən zabitlər ilk dəfə mart ayında məhkəmə qarşısına çıxarılıb. Qətər rəsmiləri Hindistan donanmasının keçmiş əməkdaşlarının İsrail üçün casusluq etdiyinə dair əllərində dəlillər olduğunu açıqlayıb.

Bildirilib ki, Qətər ədliyyəsi İsrailə casusluq ittihamı ilə mühakimə olunan 8 Hindistan donanmasının keçmiş zabitini ölüm cəzasına məhkum edib. Hindistanın keçmiş dəniz zabitlərinin Qətərin həyata keçirdiyi sualtı layihə üzərində çalışdıqları bildirilir.

Hindistan Xarici İşlər Nazirliyi yazılı açıqlama yayaraq, qərarı "şok" adlandırıb. Açıqlamada, "Ölüm cəzası bizi çox sarsıtdı. Təfərrüatlı qərarı gözləyirik. Ailə üzvləri və hüquq qrupu ilə təmasdayıq və bütün hüquqi variantları araşdırırıq" , - deyə bildirib.  

Gülayə Mecid