Rusiyanın Perm vilayətinin Solikamsk şəhərindəki “Ural” sursat istehsalı zavodunda partlayış baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə mətbuat xidməti məlumat yayıb.
Partlayış baş verən binada heç kim olmayıb, müəssisənin fəaliyyəti bərpa edilib.
Hazırda partlayışın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.