Yəmən İsrailə rəsmən müharibə elan edib.

"Unikal" xəbər verir ki, bu barədə Yəmən silahlı qüvvələrinin sözçüsü məlumat verib.

"Yəmən silahlı qüvvələri İsrailin təcavüzü dayanana qədər raket və pilotsuz təyyarələrlə zərbələri davam etdirəcəklərini təsdiqləyir”, - Yəhya Sari bildirib.

Xatırladırıq ki, oktyabrın 7-də Qəzza zolağından İsrailə gözlənilməz raket və qurudan hücum edilib. Hücuma görə məsuliyyəti “Həmas” qruplaşması öz üzərinə götürərək, “Əqsa tufanı” əməliyyatı adlandırıb. Raket hücumuna cavab olaraq İsrail Müdafiə Nazirliyi hərbi vəziyyət elan edib və “Dəmir Qılınclar” əməliyyatına başlanılıb.