Apardığımız yoxlamalar nəticəsində dövlət idarəçiliyi sistemində fəaliyyət göstərən bir çox məmurlar, o cümlədən yüksək vəzifəli şəxslər işdən çıxarılıb, bəziləri müxtəlif statuslarda məhkəməyə verilib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyan Ermənistan Milli Assambleyasında jurnalistlərlə söhbətində bildirib.

Petrosyan Ermənistan Müdafiə Nazirliyində aparılan yoxlamalara toxunaraq: "Müdafiə Nazirliyinə gəldikdə, baş nazirin tapşırığı ilə bir neçə sahədə bizim nəzarət funksiyalarımız daimi rejimdə həyata keçirilir, yəni biz Müdafiə Nazirliyində yoxlamalar aparmışıq. İki həftə əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi yanacaq-sürtkü materialları ilə bağlı təxminən 60 milyon dram məbləğində sui-istifadə halları ilə bağlı bəyanat yayıb. Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin təşəbbüsü ilə Ermənistan MN-də yoxlamalar davam edir. Sui-istifadə hallarına görə 6 nəfər saxlanılıb", - deyib.  

Gülayə Mecid