Yəməndəki "Huti Ənsar Allah" hərəkatının üsyançıları İsrailə raket atılmasının videosunu nümayiş etdiriblər.

"Unikal" xəbər verir ki, sözügedən video hərəkatın saytında dərc olunub.

Qeyd olunur ki, video “Yəmən raket qüvvələri və Hərbi Hava Qüvvələrinin (HHQ) Fələstindəki İsrail birləşməsinin dərinliklərindəki hədəflərə qarşı birgə əməliyyatları” adlanır. Raketlər Fələstin ərazilərindəki “sionist varlıqları” hədəfə alıb.

Bundan əvvəl Yəmən ordusunun nümayəndəsi briqada generalı Yəhya Sari bildirib ki, Yəmən noyabrın 1-i günortadan sonra İsrailə raket hücumu həyata keçirməyi planlaşdırır.

Husilər İsrailə ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları atmağı planlaşdırırdılar.