Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. 

FHN-dən "Unikal"a verilən məlumata görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində zirzəmidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Bina yanğından mühafizə olunub.

*** 19:23

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.