İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Hecht, CNN İnternational yayımında Qəzzada Cibaliyə Qaçqınlar Düşərgəsini bombaladığını etiraf edib.

"Unikal" xəbər verir ki, İsrail sözçüsü yayımda HƏMAS-ın yüksək rütbəli komandirini öldürmək üçün mülki əhalinin yerləşdiyi bölgəyə hücum edildiyini də etiraf edib.

“Biz bir terrorçunu öldürdük, bu arada dinc sakinlər də öldü.

Wolf Blitzer: HƏMAS komandiri orada olsa belə, siz o qaçqın düşərgəsində günahsız mülki insanların olduğunu da bilirdiniz və hər halda onu bombaladınız? Mən düzgün başa düşürəm? Eşitdiyim budur ki, siz çoxlu günahsız kişi, uşaq, qadın və mülki əhalinin olduğunu və onların da öləcəyini bilə-bilə komandiri öldürmək üçün qaçqın düşərgəsini bombaladınız?

Riçard Hecht: Yox, eşitdiyiniz belə deyil, biz bu komandirə diqqət yetirdik, bu qədər israillini öldürən bu adamın kim olduğunu bir daha öyrənəcəksiniz. Biz əlimizdən gələni edirik.

Wolf Blitzer: Cibaliyədəki bu düşərgədə çoxlu qadın, kişi, uşaq və günahsız mülki vətəndaşların olduğu doğrudurmu?

Richard Hencht: Bu müharibənin faciəsidir, Wolf. Günlərdir deyirik, get cənuba. Mülki əhalinin HƏMAS-la heç bir əlaqəsi yoxdur.

Wolf Blitzer: Mən sadəcə daha çox məlumat almağa çalışıram. Siz bilirdiniz ki, hər cür mülki vətəndaş və qaçqın var, amma yenə də bu HƏMAS komandirini öldürmək üçün qaçqın düşərgəsini bombalamağa qərar verdiniz. Yeri gəlmişkən, o öldürüldü?

Richard Hencht: Bəli, biz onun öldürüldüyünü bilirik. Oradakı mülki şəxslərə gəlincə, biz bunu minimuma endirmək üçün əlimizdən gələni edirik. Yenə deyirəm, çox təəssüf ki, dinc əhalinin arasında gizlənirlər.